SON XƏBƏR

İH başçısı "sərvət"indən danışdı: "Mənim adıma mülk var?"

May 22
14:29 2020
"Onu yazan başından böyük qələt edib”.

‌Bunu Qaynarinfo-ya açıqlamasında Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Avropada yaşayan jurnalist Həbib Müntəzirin onun "topdağıtmaz” sərvəti ilə bağlı paylaşdığı siyahıdan danışarkən deyib. İcra başçısı telefonla müsahibə vermək istəmədiyini bildirib:

‌"Mən telefonla məlumat vermirəm. Adıma olanları tanıyırsınız? Mənim adıma olan mülk var? Biilmirəm kim edib, başından böyük qələt edib. Desin nədir, hansıdır? Nə müraciətim var, nə də...”

‌Qeyd edək ki, Avropda yaşayan jurnalist Həbib Müntəzir Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərova məxsus  sərvət olduğunu iddia etdiyi siyahı yayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook