İmamverdi İsmayılovun lider namizəd olduğu dairənin 11 məntəqəsinin nəticələri etibarsız sayıldı
Fevral 20
18:27
2020
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə daxil olan müraciət müzakirəyə çıxarılıb.
Məlumata görə, həmin dairə üzrə namizədlər Nazim Azadoğlu və Faiq Kərimov şikayət verib.
MSK-nın iclasında qərara alınıb ki, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə 1, 10, 13, 32, 36, 37, 38, 39, 40 və 55, 59 saylı məntəqələrinin nəticələri etibarsız sayılsın.