SON XƏBƏR

İngiltərə Premyer Liqasının qalibi məlum oldu

May 13
00:59 2019
Mayın 12-də İngiltərə Premyer Liqasının sonuncu - 38-ci turu keçirilib. Sonuncu tur olduğundan 10 oyunun hamısı eyni vaxta başlayıb.

Premyer Liqada çempionluq uğrunda əsas mübarizə "Liverpul” və "Mançester Siti” komandaları arasında gedirdi. Belə ki, 37 turdan sonra "Mançester Siti” 95 xalla birinci, "Liverpul” isə 94 xalla ikinci yerdə qərarlaşmışdı.

"Mançester Siti” səfərdə "Brayton” komandasının 1:4 hesabı ilə məğlub edərək ardıcıl ikinci, tarixində isə yeddinci dəfə çempion olub. Pep Qvardiolanın yetirmələrindən Serxio Aqüero, Aymerik Laport, Riyad Mahrez və İlkay Gündoğan fərqləniblər. Meydan sahiblərinin yeganə qoluna isə Qlen Mürey imza atıb.

Klubun ilk çempionluğu 1936-ci ilə təsadüf edir. Həmin il rəqiblərinə şans verməyən "Şəhərlilər” "Çarlton Atletik” klubunu 8 xal qabaqlayaraq çempion olublar. Klub, həmçinin dəfələrlə İngiltərə kuboku və Superkubokunun qalibidir.

"Liverpul” son turda doğma azarkeşlər önündə "Vulverhempton” komandası ilə qarşılaşıb. Yürqen Kloppun yetirmələri 17-ci dəqiqəsində Trend Aleksander-Arnold və 81-ci dəqiqədə Sadio Manenin vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradıblar.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook