"İran İsraili məhv etməyə dair çağırışlar edir..." - İsrailin Azərbaycandakı səfiri
Yanvar 24
11:26
2020
"İsrail Xarici İşlər Nazirliyi tərəfindən ölkə vətəndaşlarına Azərbaycana səfər etməməklə bağlı xəbərdarlıq edilməyib. Əksinə XİN onları Azərbaycana səfər etməyə çağırır”.
APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.
Səfirin sözlərinə görə, İsrail XİN bəzi hallarda bir sıra ölkələrdə yaşayan vətəndaşlarına xəbərdarlıq edir ki, bu, daha çox təhlükəsizliklə bağlı olur.
C. Dik qeyd edib ki, İsrail Azərbaycanın İkinci Dünya müharibəsində nasizmə qarşı mübarizədə verdiyi töhfəni yüksək dəyərləndirir: "İsrail və Azərbaycan dünyanın şiddətdən, terrorizmdən azad bir yer olması ilə bağlı fikirdə həmrəydir”.
Qlobal.az