SON XƏBƏR

İsgəndər Həmidov üçün Türkiyədən həkim biriqadası dəvət olundu

Fevral 08
10:15 2020
Sabiq daxili işlər naziri İsgəndər Həmidovu müayinə etmək üçün Türkiyədən həkim biriqadası dəvət olunub.

Bu barədə Qaynarinfo-ya tibbi ekspert Adil Qeybulla məlumat verib. Onun sözlərinə görə, bu gün İstanbuldan gələcək neyrocərrahın müayinəsindən sonra aparılan konsiliumun nəticəsi açıqlanacaq:

"Bu gün "City Hospital”da qardaş Türkiyənin Avrasiya klinikasından gəlmiş həkimlərin iştirakı ilə sabiq daxili işlər naziri İsgəndər Həmidovun konsultasiyası aparıldı. Sabah günorta saatlarında İstanbuldan daha bir neyrocərrah gələcək və vəziyyəti yenidən müzakirə edəcəyik. Konsiliumun nəticəsi ilə bağlı dostlara əlavə məlumat veriləcək”.

Qeyd edək ki, bir neçə gün öncə daxili işlər naziri İsgəndər Həmidovun səhhəti pisləşib. Koma vəziyyətində o, Mərkəzi klinik Xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan İsgəndər Həmidov fevralın 5-də "City Hospital”a köçürülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook