SON XƏBƏR

İşsizlikdən sığorta ödənişi iyun ayında da veriləcək (QƏRAR)

İyun 23
15:27 2020
2020-ci il 1 aprel tarixindən etibarən işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişi isə 2020-ci il 1 iyul tarixinədək olan müddətə davam etdiriləcək.

Bu məsələ Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” qərarına edilən müvafiq dəyişiklikdə öz əksini tapıb.

Xatırladaq ki, dəyişiklikdən əvvəl 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi, habelə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə verilən təqaüdün ödənişi xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdirilməli idi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook