SON XƏBƏR

İstanbulun yeni hava limanından ilk uçuş Azərbaycana olacaq

İyul 14
15:21 2018
Türkiyə Hava Yolları Şirkətinin rəhbəri Bilal Ekşi İstanbulda yeni inşa edilən 3-cü hava limanı barədə məlumat verib.

Qaynarinfo Haberler-ə istinadən xəbər verir ki, Türkiyə Hava Yollarının 3-cü hava limanına köç prosesi 31 oktyabrda başlayacaq. 800 TIR yük 12 saat ərzində daşınacaq. 

Hava limanından ölkə daxilinə ilk uçuş paytaxt Ankaraya, ilk xarici səfərlər isə Azərbaycan və Şimali Kiprə olacaq.

"Turkish Ground Services" şirkəti 1600, THY isə 3000-ə qədər yeni işçi qəbul edəcək. 2019-cu ilə qədər 41 yeni nəsil təyyarə istifadəyə veriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook