SON XƏBƏR

Jalə Əhmədova Salyan camaatı ilə izdihamlı görüş keçirdi - FOTO

Yanvar 27
20:46 2020
59 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd Jalə Əhmədova seçicilərlə bir araya gəlib.
 
Qlobal.az Modern.az-a istinadla xəbər verir ki, deputatlığa namizəd Jalə Əhmədova seçicilərlə görüş zamanı bir çox məsələlərə toxunub.
 
Deputatlığa namizəd Jalə Əhmədova bildirib ki, ölkədə hər bir sahədə islahatlar gedir:
 
"Bu islahatlar parlamentin yeniləşməsi üçün də lazımdır. Ümid edirik ki, parlamentdə də gənc deputatlar üstünlük təşkil edəcək”.
 
Jalə Əhmədova görüş boyu ağsaqqallar, ziyalılar və gənclərlə maraqlı müzakirələr aparıb. Ağsaqqalların xeyir-duasını alıb.
 
Sonda seçicilər Jalə Əhmədovaya səs verəcəklərini qeyd ediblər.
 

 

 

 
 


 

 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook