SON XƏBƏR

Kadırov özünə Nobel mükafatı verilməsini tələb etdi

İyul 27
13:29 2020
Çeçenistan rəhbəri Ramzan Kadırov "Rusiya 1”-in efirində ona qarşı yeni sanksiyalar paketi tətbiq edən ABŞ-dan fərqli olaraq beynəlxalq terrorizmlə mübarizədə böyük uğurlar qazandığını deyib.

Qaynarinfo xəbər verir ki, Kadırov Çeçenistanda müharibə və terroru dayandırmağı bacardığını vurğulayıb. "Mənə terrorizm üzərində qələbə qazandığım üçün Nobel mükafatı verilməlidir, ancaq əksinə, mənə sanksiya tətbiq ediblər. Bu, ədalətli deyil!" – Kadırov bildirib. Və əlavə edib ki, Birləşmiş Ştatların dediyi kimi o, insan hüquqlarını pozmur, əksinə terrorçulara qarşı vuruşur.

Kadırov əlavə edib ki, Vladimir Putinin sayəsində Çeçenistanda asayişi bərpa etmək mümkün olub və hazırda bölgə sülh yolu ilə inkişaf edir. Liviya və Əfqanıstanda isə ABŞ-ın "nəzarəti altında" insanları öldürməyə davam edirlər. "Bütün bunların ağası kimdir?" - Çeçenistan rəhbəri Əfqanıstanda 2 milyon ölüm sayını xatırladan bir ritorik sual verib.

Xatıladaq ki, ABŞ Kadırov və onun ailəsinə - həyat yoldaşı və qızlarına da şamil edilib. Kadırovun həyat yoldaşı Medni bir proqramda qızlarının siyasətə qarışmadığını və sanksiyaların ona "gülünc" gəldyini bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook