SON XƏBƏR

"Kapital Bank" çıxarış üçün vətəndaşlardan 10 manat tələb edir? - AÇIQLAMA

Dekabr 08
13:31 2019
""Kapital Bank" vətəndaşlara işlədikləri ayların çıxarışının verilməsi üçün 10 manat tələb edir". 
 
Bu barədə Qlobal.az-a verilən məlumatda deyilir. 
 
Məlumata görə "Kapital Bank" ona məxsus olan kartla maaş alan şəxslərdən son 6 aylıq çıxarışın verilməsi üçün 10 manat tələb edir.

Qlobal.az məsələ ilə bağlı "Kapital Bank"la əlaqə saxlayıb. 

Bankdan bildirdilər ki, sadə çıxarışlar vətəndaşlara ödənişsiz verilir. 

Ancaq möhürlü çıxarış üçün müraciət edən şəxslərdən 10 manat rüsum alınır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook