SON XƏBƏR

Kimlərə yemiş yemək olmaz?

Avqust 06
21:18 2020
Şəkər xəstəsi, kəskin xora xəstəliyi, həmçinin hamilə və uşaq əmizdirən qadınlara yemiş yemək tövsiyə olunmur.

Qlobal.az report-a istinadən xəbər verir ki, bunu Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor”) açıqlayıb.

Mütəxəssislərin sözlərinə görə, yemiş ağır məhsul hesab olunur. Onunla əsas yemək qəbulları arasında qidalanmaq daha məqsədəuyğundur, lakin acqarına və ya yeməkdən dərhal sonra yemək məsləhət görülmür.

Qeyd olunub ki, yemişin əsas zərərli maddələri onun qabığındadır.

Mütəxəssislər həmçinin yemişi su, turşudulmuş süd məhsulları, süd və alkoqol ilə istehlak etməyi tövsiyə etmirlər, çünki bu, mədə pozuntusuna gətirib çıxara bilər.

Bildirilib ki, ən keyfiyyətli yemişlər avqustun sonu – sentyabrın əvvəli yetişir.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook