SON XƏBƏR

Kirkorov Bakıda konsert verəcək

Sentyabr 12
00:12 2019
Rusiyanın Xalq artisti Filipp Kirkorov öz "Instagram" hesabında paylaşım edib. 

Sputnik Azərbaycan xəbər verir ki, müğənni Bakıda baş tutacaq konserti ilə bağlı ilk elanını yerləşdirib. O, öz paylaşımına: "Bakı! Söz verdiyim kimi, 30 və 31 oktyabr tarixində bizi möhtəşəm görüş gözləyir. Azərbaycanın paytaxtında "Əhvalın rəngi" adlı şou. Bakı Konqress Mərkəzində görüşənədək!" - fikirlərini əlavə edib.

Qeyd edək ki, Bakı Konqress Mərkəzində baş tutacaq konsert iki gün davam edəcək. Biletlərin qiyməti isə 40-600 manat arası dəyişir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook