SON XƏBƏR

Koronavirus epidemiyasının Azərbaycana iqtisadi ziyanı qaçılmazdır (Ekspert)

Yanvar 27
10:35 2020
"Azərbaycandan Çinə səfəri planlaşdırılan iş adamlarını səfərləini təxirə salmağa çağırıram”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadi-ekspert Qubad İbadoğlu bildirib. O, qeyd edib ki, koronavirus epidemiyası Azərbaycanla Çin arasında əlaqələrin bütün sahələrinə təsirsiz ötüşməyəcək:

"Hazırda Çində yayılan ölümcül koronavirus epidemiyasının yayılması ilə əlaqədar bəzi şəhərlərdə karantin elan edilməsi, Çində bu virusun qurbanlarının artması və digər ölkələrə də yayılması Azərbaycanla Çin arasında əlaqələrin bütün sahələrinə təsirsiz ötüşməyəcək. İlk və daha ciddi təsir ticarət münasibətlərində hiss olunacaq. Çünki 2019-cu ildə Çin Azərbaycanın idxalda 3-cü böyük ticarət təfərdaşı olub. Ötən il Azərbaycandan Çinə 752,2 milyon dollarlıq mal göndərilib, 1,432 milyard dollarlıq mal gətirilib. Çinin payı idxalda 10,5 faizə çatıb. Əgər epidemiyanın yaxın zamanlarda qarşısı alınmazsa, onda Azərbaycanda Çin mənşəli malların qıtlığı yarana və bu da heç şübhəsiz ki, istehlak bazarında qiymətlərin bahaşmasına gətirib çıxara bilər. İkincisi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında sazişə uyğun olaraq, hazırda 100-dən çox Azərbaycan vətəndaşları Çinin ali məktəblərində təhsil alır”.

Qubad İbadoğlu bildirib ki, onların təhlükəsizliyi ilə əlaqədar təcili və təxirəsalınmaz işlər görülməlidir: 

"Onlar müvəqqəti olaraq ölkəyə qaytarılmalıdırlar. 

Bu proseslər son illər Çində yavaşayan iqtisadi artımı daha da aşağı salacaq, məcmu tələbi və təklifi azaldacaq. Təbii ki, bu da Çində alıcılıq qabıliyyətinin azlmasına gətirib çıxaracaq. Bu səbəbdən də Çində enerji daşıyıcılarına tələb və dünya bazarında neftin-qazın qiymətləri aşağı düşəcək. Azərbaycan iqtisadiyyatı da bundan mənfi yöndə təsirlənəcək.

Nəhayət, Çindən Azərbaycana səfər edənlərin sərhəd keçid məntəqlərində tibbi yoxlamaları təşkil edilməlidir ki, virusun Azərbaycana girişinin qarşısı alınsın.
Bununla yanaşı, bu ərəfədə Azərbaycandan Çinə səfəri planlaşdırılan iş adamlarını səfərləini təxirə salmağa çağırıram”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook