SON XƏBƏR

“Laçın dəhlizi” əməliyyatı və 1992-ci ilin qarlı qışında Əriklidə çalınan toy - VİDEO

Aprel 15
03:18 2019
Telejurnalist Mircavad Rəhimovun "KarabakhMedia" saytına göndərdiyi video 26 dekabr 1992-ci ildə Laçın rayonunun Ərikli kəndində keçirilən toyda çəkilib. Çəkilişi Laçın rayonunun şimal hissəsi işğaldan azad olunandan sonra həvəskar operator aparıb. Azərbaycan ordusunun uğurlu "Laçın dəhlizi" əməliyyatından sonra Ərikli kəndində baş tutan ilk toydur. Toyda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Zakir Cabbarov, rayon prokuroru Telman Tarverdiyev, 701-ci briqadanın komandiri polkovnik Əzizağa Qənizadə, zabit heyəti, əsgərlər və kənd sakinləri də görünür.

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən 1992-ci il sentyabr-oktyabr aylarında Kəlbəcər və Qubadlı rayonları istiqamətdən "Laçın dəhlizi” əməliyyatı keçirilib. İlk mərhələdə uğurla başladılan bu əməliyyatda Kirs dağı istisna olmaqla əsas strateji yüksəkliklər işğaldan azad edilib.

Xatırladaq ki, "Laçın dəhlizi"nə son böyük hücum 3 oktyabr 1992-ci ildə Qubadlı istiqamətindən Azərbaycanın Milli Qəhramanı (ölümündən sonra) Əliyar Əliyevin batalyonu və 704-cü briqadanın bölmələri tərəfindən keçirilib. 704-cü briqadanın bölmələri qarşılarına qoyulan döyüş vəzifələrini uğurla yerinə yetirsələr də, Laçın şəhərinin yaxınlığında 706-cı briqadanın 1-ci batalyonunun komandiri Əliyar Əliyevin həlak olması səbəbindən hücum dayandırılır.
 
Onu da xatırladaq ki, 706-cı briqadanın komandiri Nüsrət Namazov Əliyar Əliyev həlak olduqdan sonra əməliyyatı davam etdirmədiyinə görə sonradan həbs olundu.

Təəssüf ki, 15 oktyabr 1992-ci ildə "Laçın dəhlizi” əməliyyatı zamanı ordumuz qələbənin bir addımlığında olmasına baxmayaraq, rəsmi əmrə əsasən əməliyyat dayandırıldı. 
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook