SON XƏBƏR

Laçın qaziləri: "Rəhim Qazıyev Azərbaycan üçün edə biləcəyinin ən pisini etdi"

İyul 14
09:22 2020
Laçın rayonundan olan bir qrup qazi keçmiş Müdafiə naziri Rəhim Qazıyevin təxribat çağırışlarına münasibət bildirib. 
 
Müraciətdə deyilir:
 
"Məsuliyyətsiz davranışları və çıxışları ilə hər zaman təxribatçı mövqe tutan, müstəqil dövlətçiliyimizə zidd qüvvələrin marağı ilə hərəkət edən, Şuşanın və Laçının işğalında birbaşa əli olan Rəhim Qazıyev tərəfindən Laçın alayının ləğv edilməsi məğlubiyyətimizin əsas başlanğıcı oldu.

Ermənistanla sərhəddə, Tovuzda qanlı döyüşlərin getdiyi, şəhidlər verdiyimiz bir vaxtda onun yenidən fəallaşıb, təhrikçiliyə əl atması, adamları özbaşınalığa, itaətsizliyə çağırması düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildir. 

Müdafiə naziri olduğu on bir ay ərzində Rəhim Qazıyevin hansı "bacarığın” sahibi olduğunu görmüşük. Torpaqlarımızın itirilməsində birbaşa əli olan, bu səriştəsiz və məsuliyyətsiz adamın çıxışları bizi əsəbiləşdirir. O, Azərbaycan üçün edə biləcəyinin ən pisini etdi. 

İndi isə etdiyi çıxışlara sadəcə bir sözümüz var - Ayıbdır!

Biz döyüşçülər, xalqımızı, insanlarımızı Ali baş komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırırıq. Torpaqlarımızın azadlığı, doğma yurdlarımıza qayıdışımız ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında mümkündür. Biz bu günü gözləyir və zəfər qazanacağımıza əminik.   

Var olsun dövlətimiz, var olsun Azərbaycan ordusu!".





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook