SON XƏBƏR

Lukaşenko: “Ölkəni heç kimə verməyəcəm”

Avqust 15
21:21 2020
Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Müdafiə nazirliyinin Strateji idarə mərkəzində hərbi rəhbərliklə görüş keçirib.

Musavat.com xəbər verir ki, bununla bağlı "BelTA” informasya agentliyində məlumat yayılıb.

"Siz ölkədə nə baş verdiyini məndən pis bilmirsiz. Səssizcə bizim cəmiyyəti gərginləşdirməyə və qızışdırmağa başlayıblar. Artıq əmək kollektivlərinə qədər gedib çıxıblar. Mən dəfələrlə söylədim. Bundan heç nə çıxmayacaq. Ölkəni heç kimə verməyəcəyik, situasiyanı isə nəzarət altına alacağıq. Biz Avropanın mərkəzində yerləşən dövlətik və hər an istənilən təhdidə hazır olmalıyıq”,-deyə o söyləyib.

Aleksandr Lukaşenko Avropanın bəzi ölkələrinin vasitəçilik təkliflərindən, xaricdə alternativ hökumət yaratmaq təşəbbüslərindən də danışıb.

"Quaq asın, bizim Konstitusiya ilə qurulmuş normal hökumətimiz var. Bizə hansısa xarici hökumət və ya vasitəçi lazım deyil. Həmin ölkələri incitmədən onlara demək istəyirəm ki "gedin öz dövlətlərinizdə qayda-qanun yaradın. Məgər tarix oxumamısız?”,-deyə o bildirib.

Qeyd etmək lazımdır ki, bundan öncə Baltikyanı ölkəlr və Polşa Belarus hakimiyyətini vətəndaş cəmiyyətinin nümayəndələri və siyasi liderlərlə birlikdə milli dəyirmi masada əyləşərək problemi həll etməyə çağırmışdılar.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook