SON XƏBƏR

Mehdi Mehdiyev Novxanı və Güzdək qəsəbələrində seçicilərlə görüş keçirib - FOTO

Yanvar 26
19:54 2020
50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən polkovnik Mehdi Mehdiyevin seçicilərlə görüşü davam edir.

26.01.2020-ci il tarixində Mehdi Mehdiyev Novxanı və Güzdək qəsəbələrində seçicilərlə görüş keçirib.
 
Mehdi Mehdiyev görüş zamanı seçicilərin problem və qayğıları ilə maraqlanıb. Seçicilərin yaşadıqları bir çox problemlərin həllinin seçki platformasında qeyd olunduğunu söyləyən Mehdi Mehdiyev, seçicilərin ona etimad göstərəcəyi təqdirdə onların hər bir problemlərinin yanında olacağını, həllinə çalışacağını bildirib. 
 
Səmimi atmosferdə keçən görüşdə seçicilər Mehdi Mehdiyevə səs verəcəklərini bildirərək, nəhayət ki, xalqın içindən seçilmiş bir deputatın Milli Məclisdə onların mənafeyini, hüquqlarını qoruyacaqlarına olan inamlarını ifadə ediblər. 
 
Seçicilərlə görüşdən sonra Mehdi Mehdiyev kənd ağsaqqalları, veteranlar və ictimaiyyət nümayəndələri ilə birlikdə qəsəbələrdə yerləşən Şəhidlər abidəsini ziyarət edib. 
 
Vətənimizin bütövlüyü uğrunda şəhid olan şəhidlərin xalqımızın qəlbində əbədi yaşayacağını deyən Mehdi Mehdiyev Prezident İlham Əliyev cənablarının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə, müharibə veteranlarına diqqət və qayğı göstərdiyini qeyd edib. 
 
Sonda şəhidlərin ruhuna dualar oxuyub, abidə önünə gül dəstələri düzülüb. 
 
Mehdi Mehdiyevin seçicilərlə görüşləri davam edəcək.
 
Pia.az 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook