SON XƏBƏR

Mehdi Mehdiyev Qobustanın daha 4 kəndində seçicilərlə görüşdü - FOTO

Fevral 05
23:42 2020
Fevral ayının 9-da keçiriləcək Milli Məclis seçkisinə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizəd Mehdi Mehdiyev seçicilərlə görüşlərini davam etdirir. 
 
Bu gün Mehdi Mehdiyev seçki qərargahının üzvləri və dəstək qrupu ilə birlikdə Azərbaycan bayraqları dalğalanan avtomobil karvanı ilə Qobustan rayonunun Bədəlli, Yekəxana, Poladlı və Təsi kəndlərinə gediblər.
 
Hər bir kənddə seçicilərlə görüş keçirən Qarabağ Müharibəsi əlili, Əfqanıstan Müharibəsi və Silahlı Qüvvələr veteranı, Azərbaycan Bayrağı ordenli, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev çıxış edərək seçki platforması haqqında seçicilərə geniş məlumat verdi.
 
Səmimi ab-havada keçən görüşlərdə deputatlığa namizəd Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi-siyasi islahatlardan, ölkədə aparılan kadr dəyişikliklərindən danışaraq, aparılan islahatların ölkə vətəndaşlarının rifah hallarının daha da yaxşılaşacağına zəmin yaratdığını bildirib. 
 
Mehdi Mehdiyev çıxışında cənab Prezident İlham Əliyevin apardığı islahatlar strategiyasına hər zaman dəstək olduğu kimi, millət vəkili seçiləcəyi təqdirdə də bu siyasətə sadiq qalacağını bildirib.
 
Mehdi Mehdiyev hər bir sakinə xüsusi diqqət və qayğı göstərəcəklərini və müntəzəm olaraq seçicilərlə əlaqə saxlayacağını vurğulayıb. 
 
Sonra kənd sakinləri çıxışlarında Mehdi Mehdiyevi çoxdan tanıdıqlarını, ona etimad göstərdiklərini və 9 fevralda seçkiyə gedib öz hüquqlarından istifadə edərək seçim edəcəklərini bildirdilər.
 
Daha sonra kəndlərdəki şəhid abidələri ziyarət edildi, abidələr önünə gül dəstələri düzüldü.
 
Mehdi Mehdiyevin seçicilərlə görüşləri davam edir. 
 
Pia.az
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook