SON XƏBƏR

Məhəmməd Səfərov: "Əli Nağıyevin rəhbərliyi altında DTX-nın həyata keçirtdiyi əməliyyatlar ölkədə qanunçuluğun və Dövlətçiliyin qorunmasına xidmət edir"

May 07
14:30 2020
"Hörmətli Əli Nağıyevin Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin olunması çox uğurlu bir təyinat idi. General qısa müddətdə həm qurumun nüfuzunu yüksəklərə qaldırdı‚ həm də rüşvətxor və korrupsionerlərə qarşı böyük əməliyyatlar həyata keçirtdi. Hazırda hörmətli Əli Nağıyevin rəhbərliyi altında DTX-nın həyata keçirtdiyi əməliyyatlar ölkədə qanunçuluğun və Dövlətçiliyin qorunmasına xidmət edir".
 
Qlobal.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən olan Məhəmməd Səfərov Dövlət Təhlükəsizlik Xidmətinin son zamanlar həyata keçirdiyi əməliyyatlara münasibət bildirərkən deyib. 

M. Səfərov Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin Ümummilli Lider‚ Ulu Öndər Heydər Əliyevin xalqımızın müstəqilliyə və azadlığa çıxması üçün apardığı siyasətə və dahi öndərin başlatdağı müstəqil Dövlətçilik proseslərində və həmçinin Ulu Öndərin Azərbaycançılıq məfkurəsinə sədaqətlə xidmət göstərdiyini deyir: "Öz xidmət sahəsinə və Liderlik miqyasına görə bütün dövrlərin ən nəhəng dahisi olan‚ zəngin Dövlətçilik dühasına malik olmuş‚ xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vətənə və xalqa xidmət strategiyalarına bütün varlığıyla bağlı olan Əli Nağıyev istər vaxtilə MTN-də nazirin birinci müavini işlədiyi dövrdə‚ istərsə də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində dövlət maraqlarını hər zaman uca tutmuş və bütün addımlarında ancaq bu ali dəyərlərə xidmət etmişdir. Fəaliyyət trayektoriyası‚ yalnız Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının tətbiqi‚ inkişafı və bu ali dəyərlərin qorunması‚ əbədiləşdirilməsi‚ eləcə də bu gün Ulu Öndərin layiqli davamçısı cənab Prezidentimizin apardığı siyasəti öz işində tətbiq etmək olub. Hər zaman bu ali dəyərləri və saydığım konsepsiyaları rəhbər tutaraq ölkəmizə‚ xalqımızın və dövlətimizin milli maraqlarına‚ yalnız dövlətçiliyimizin qorunmasına xidmət edən Əli Nağıyev bu səbəbdən Dövlətimizə və cənab Prezidentimizə sədaqətli olan hər kəsin hörmət və rəğbətini qazanmışdır. Öz işlərində son dərəcə dürüst və vicdanla çalışan Əli Nağıyev bütün fəaliyyət və addımlarında yalnız Dövlətimizin gözəl simasını sərgiləməyə çalışıb. Bu isə Dövlətçiliyimizə‚ bu gün dövlətimizin başçısı cənab İlham Əliyevə sədaqətin ən bariz nümunəsidir. Əli müəllim kimi dürüst və vicdanla çalışaraq dövlətimizi‚ cənab Prezidenti öz nümunəvi fəaliyyəti ilə sevdirən‚ dövlətimizə hər zaman sevgi və məhəbbət aşıladan məmurlarımızı həqiqətən dövlətçiliyimizə və vətənimizə‚ Ulu Öndərə və cənab Prezidentə‚ həmçinin qeyd etdiyim bütün ali dəyərlərə sonsuz sədaqət nümunəsi olaraq xarakterizə etmək çox doğru olardı. Əli müəllim belə bir nümunəvi dövlət məmurudur ki‚ hər addımında öz gözəl və insani keyfiyyətləri‚ peşəkar xidməti və sərgilədiyi əsl dövlətçilik davranışı ilə dövlətimizi sevdirməyə çalışır. Dövlət maraqlarını‚ cənab Prezidentin apardığı prioritet siyasəti həyatının və bütün fəaliyyətinin əsas amili və qayəsi kimi görən Əli müəllim bu saydığım dəyərləri özündə daşıdığı üçün bütün alqış və dualara‚ təbrik və tərənnümlərə layiq insandı. Məhz Dövlətçiliyimizə‚ Ulu Öndərin yoluna və bu gün Dövlətimizin başçısının apardığı siyasətə sonsuz sədaqət və ürəkdən bağlılıq səbəbilə Əli müəllim bütün xoş sözlərə layiq şəxsdir. Hörmətli Generala uzun ömür‚ can sağlığı‚ şərəfli işlərində‚ Dövlətiçiliyimizin və qanunçuluğun qorunması məsələsində uğurlar və müvəffəqiyyətlər diləyirik".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook