SON XƏBƏR

Meşə Təsərrüfatı Mərkəzində işçilərdən pul yığılır: Direktor dilinin bəlasına düşüb

Noyabr 18
11:35 2019
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə bağlı daha bir şok doğura biləcək məlumat yayılıb.

Mərkəzdə çalışan əməkdaşların AzToday.az-a verdiyi məlumatda iddia olunur ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor əvəzi Mustafa Əhmədov və müavini Abuturab Bağırov palıd qozasının yığılması adı altında işçilərdən pul alır. Belə ki, 70 əməkdaşı olan mərkəzin hər bir işçisinə müəyyən həcmdə palıd qozası yığmaq planı qoyulub. Əks təqdirdə isə işçilər pul verib, "planı” yerinə yetirməlidir. Məlumata görə, mərkəzin rəhbərliyi hər bir işçidən 200 manat civarında pul yığır. Bu prosesə isə Abuturab Bağırovun rəhbərlik etdiyi bildirilir.

AzToday.az-a daxil olan şikayətdə bildirilir ki, Mustafa Əhmədov iclaslarda işçilərə mərkəzdə baş verən qanunsuzluqlar barədə heç bir yerə məlumat verməməyi tapşırıb. Əks təqdirdə işdən çıxarılacağı ilə hədələyib.

AzToday.az-a məlumat verən və adının hələlik gizli saxlanılmasını istəyən Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçisinin sözlərinə görə, Mustafa Əhmədov bu günlərdə yolxucu xəstəliyə tutulub və müalicə aldığından bütün səlahiyyətləri müavini Abuturab Bağırova verib: "Abuturab Bağırov da işçiləri məcbur edib, pul yığır. Yəqin Mustafa Əhmədovun müalicə xərclərini qarşılamaq istəyir. Bu adamlar kefindən də qalmırlar. Elə bu səbəbdən dilinin bəlasına düşürlər. Ekologiya Nazirliyi vəzifəyə qoyduğu adamların mənəviyyatının nə olduğu ilə maraqlanırlarmı?”.

Mənbənin sözlərinə görə, Mustafa Əhmədov direktor əvəzi təyin olunandan sonra meşələrin kütləvi şəkildə qırılması daha geniş vüsət alıb: "Hüquq-mühavizə orqanları istənilən meşə dolayını yoxlasalar, onların cinayətlərini ortaya çıxara bilərlər…

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza təqdim olunan məlumatları araşdırmaqdayıq. Redaksiyamıza daxil olan sənədləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı hüquq-mühafizə orqanlarına da təqdim edəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook