SON XƏBƏR

Məşhur klubdan "Qarabağ"ın futbolçusuna təklif

May 11
11:41 2020
"Qarabağ"ın futbolçusu Abdullah Zubiri Yunanıstanın "Panatinaikos" klubuna transfer oluna bilər.

Qaynarinfo "Newspao" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı Mərakeş əsilli fransalı yarımmüdafiəçinin "Panatinaikos"a yaxşı müqavilə ilə keçməyə razılıq verdiyi deyilir. 

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildə Fransanın "Lans" klubundan "Qarabağ"a keçib. 28 yaşlı futbolçu cari mövsümdə 35 oyuna çıxaraq 7 qol vurub, 12 məhsuldar ötürmə edib. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq.

"Panatinaikos" Yunanıstanın ən köklü klublarından biridi. 112 yaşlı klub tarixi ərzində Yunanıstan çempionluğunu (20 dəfə), ölkə kubokunu (18), Balkan Kubokunu (1) qazanıb, Çempionlar Liqasında iki dəfə yarımfinal oynayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook