SON XƏBƏR

Millət vəkili Baş Nazirə məktub yazdı, müsbət cavab aldı: 427 fərdi yaşayış evi...

May 30
14:37 2020
"Füzuli rayonunda yerləşən 427 fərdi yaşayış evi dövlət büdcəsi hesabına təmir olunacaq”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bununla bağlı aprelin 9-da Baş nazir Əli Əsədova məktub ünvanladığını deyib:

"Müraciət müsbət cavablandırılıb. İşğaldan azad olunmuş və təmas xəttinə yaxın məsafədə yerləşən şəhər və kəndlərdə vətəndaşlara məxsus, bu günədək təmir-bərpa işləri aparılmamış xeyli sayda fərdi yaşayış evinin tam təmiri həyata keçiriləcək. Müraciətimi qısa zamanda müsbət cavablandıraraq qeyd olunan evlərin təmirinə göstəriş verdiyinə görə hökumət başçısına minnətdarlığımı bildirirəm. Qərar əsasında 427 fərdi yaşayış evinin dövlət vəsaiti hesabına tam təmiri nəzərdə tutulur. Horadiz şəhərində 39, Qazaxlar kəndində 35, Əhmədalılar kəndində 111, Şükürbəyli kəndində 42, Alxanlı kəndində 123, Kürdmahmudlu kəndində 74, Mollaməhərrəmli kəndində isə 3 fərdi yaşayış evinin təmirə ehtiyacı var. Artıq müvafiq dövlət qurumunun əməkdaşları tərəfindən Füzuli rayonunda yerləşən evlərə baxış keçirilməsinə başlanılıb”.

Vüqar Bayramov bildirib ki, bununla yanaşı, hazırda Füzuli rayonundan olan müraciətlərin əsasında yeni məktəb, bağça və digər sosial binaların inşa edilməsi, eləcə də içməli su ilə təchizatının yaxşılaşdırılması məsələləri də araşdırılır və yaxın günlərdə qeyd olunan məsələlərlə bağlı müvafiq dövlət qurumlarına rəsmi deputat sorğuları göndəriləcək: 

"Məcburi köçkünlər üçün fərdi yaşayış evlərinin inşası da davam etdiriləcək. Əminəm ki, sadalanan istiqamətlər üzrə işlərin görülməsinə hökumətin dəstəyi ilə mərhələli şəkildə tam nail olunacaq.

Eyni zamanda, bütün varlığımla inanıram ki, Qarabağımızın, o cümlədən doğma Füzulimizin işğal altında olan əraziləri də tezliklə azad olunacaq, erməni vandallarının viran qoydğu şəhər və kəndlərimizin tikintisi və yenidən qurulması dövlətimizin və xalqımızın birgə dəstəyi ilə tez bir zamanda həyata keçiriləcək”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook