Misir ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edir
Sentyabr 17
11:44
2019
Bu gün Misirlə Azərbaycan arasında ikitərəfli münasibətlər çox yüksək səviyyədədir və ölkələrimizin hər sahədə əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var.
Bu sözləri Misir parlamentinin Nümayəndələr Palatasının sədrinin birinci müavini əl-Sayed Mahmud əl-Şərif deyib.
O qeyd edib ki, tarixi qədim dövrlərə söykənən Misir-Azərbaycan ikitərəfli əlaqələri bütün sahələrdə sürətlə inkişaf edir və genişlənməkdədir.
İki ölkə arasında əlaqələrin və əməkdaşlığın inkişaf etdiyini deyən Misir Parlamentinin sədrinin birinci müavini qeyd edib ki, son illər ərzində iki ölkə arasında turist mübadiləsinin artması, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin intensivləşdirilməsi, həmçinin iqtisadiyyat, mədəniyyət, din və təhsil sahələrindəki əlaqələrin dərinləşməsi Azərbaycanla Misir arasında tərəfdaşlığın möhkəmləndirilməsi və xalqlarımızın daha da yaxınlaşmasının bariz nümunəsidir.
Əl-Sayed Mahmud əl-Şərif iki ölkənin parlamentləri arasındakı əlaqələri də yüksək qiymətləndirib və Parlamentlərarası dostluq qrupunun fəaliyyəti çərçivəsində görülən işlərin əməkdaşlığın dərinləşməsindəki rolunun əhəmiyyətini vurğulayıb.