SON XƏBƏR

Mitinqdə dindarlarla cəbhəçilər arasında dava düşüb - VİDEO

Aprel 09
01:58 2017
Milli Şuranın bu gün "Məhsul” stadionunda keçirilən mitinqində dava düşüb.

Mitinqdə çoxluq təşkil edən dindarların Cəmil Həsənlinin çıxışı zamanı meydanda dini şüar yazılmış qara bayrağı qaldırması cəbhəçilər tərəfindən etirazla qarşılanıb.

Əli Kərimlinin tərəfdarlarından biri dindarların əlindən bayrağı almaq istəyib. Nəticədə islamçılarla bir qrup şəxs arasında mübahisə yaranıb. Mitinq iştirakçıları müdaxilə edərək davanın böyüməsinin qarşısını alıblar. 

Cəbhəçilər dindarların hərəkətini Cəmil Həsənliyə qarşı hörmətsizlik kimi qiymətləndiribər.

Femida.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook