SON XƏBƏR

Moldovada soydaşlarımıza hücum edən ermənilər belə döyüldü - VİDEO

İyul 24
04:50 2020
Səfir: "Moldovanın deputatı Qayk Vartanyan və prezident İqor Dodonun müşaviri Ernest Vardanyan bu təxribatın təşkilatçıları olublar"

Son günlər xaricdə yaşayan azərbaycanlılar Ermənistanın Tovuz təxribatını, ərazilərimizi atəşə tutmasını və biri general olmaqla, 11 hərbçimizin şəhid olmasını, 1 mülki vətəndaşımızı qətlə yetirdiklərini dünyaya çatdırmaq, habelə ordumuza dəstək məqsədi, eyni zamanda işğalçının durudurulması tələbi ilə müxtəlif ölkələrdə aksiyalar keçirirlər. Bu aksiyalar zamanı ermənilər növbəti dəfə vəhşiliklərini sübuta yetirərək, soydaşlarımıza hücum çəkir, azərbaycanlıları tək gördükdə döyürlər.

Moldovada da iyulun 22-də paytaxtı Kişinyovda soydaşlarımız Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribata qarşı etiraz aksiyası və Azərbaycan ordusuna dəstək bildirmək məqsədi ilə yürüş keçiriblər.

Soydaşlarımız öncə dövlətimizə və ordumuza dəstək ifadə etmək üçün Azərbaycanın Moldovadakı Səfirliyi önündə yığışıblar. Səfir Qüdsi Osmanov onları qarşılayıb, hadisə yerinə gələn telekanallara, saytların əməkdaşlarına son hadisələr, Ermənistanın təxribatlarının mahiyyətinə dair geniş müsahibə verib.

Daha sonra soydaşlarımız əllərində Azərbaycan bayraqları və şüarlarla Ermənistan səfirliyi önünə yürüş ediblər.

Səfirliyin önündəki aksiya zamanı ermənilər burada da təxribat törədiblər. Bu barədə musavat.com-a açıqlama verən Moldovadakı soydaşımız, diaspor fəalı İlham Qubadov dedi ki, ermənilər hücum edərək, soydaşlarımızı döymək, əllərindən bayraqları almaq istəyiblər: "Lakin Moldovada onlar özləri dəliqanlı soydaşlarımız tərəfindən döyüldülər. Azərbaycanlılar erməniləri layiqincə yerində oturtdular, polis gəldi və asayişi bərpa etdi”.

İlham Qubadov maraqlı bir faktı da dedi: "Azərbaycanlılara hücum edənlər arasında milliyətcə erməni olan Moldova parlamentinin deputatı Qayk Vartanyan və dövlət məmuru olan Ernest Vardanyan da vardı. Mən Moldovoda uzun illər polis rəisi işləmişəm, onları tanıyıram. Bildirdim ki, onlar erməni olsalar da, Moldovanın deputatı, yüksək vəzifəli məmuru olduqları üçün bu aksiyaya qatılmaqla Moldova qanununlarını kobud şəkildə pozublar. Bu faktı fiksə edib, Moldova hökumətindən onların da cəzalandırılmasını tələb edəcəyik. Bu ermənilər o qədər həyasızdır ki, bizim dinc və icazəli aksiyamıza təxribat törətdikləri halda, gedib polisə şikayət də veriblər. Ancaq bu şikayətlədən çəkinmirik, onlar nə zaman bizə qarşı təxribatlar törətmək istəsələr, hücum etsələr, yenə də yerində oturdacağıq”.

İ.Qubadov qeyd etdi ki, Ermənistan səfirliyinin qarşısındakı hadisədən sonra soydaşlarımız Kişinyovda BMT və ATƏT-in nümayəndəliklərinin önündə də piket keçirərək, Moldova azərbaycanlıları adından müvafiq müraciətlər və bəyanatları çatdırıblar”.

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Sosialistlər Partiyasının deputatı Qayk Vartanyan və prezident İqor Dodonun müşaviri Ernest Vardanyanın 22 iyul səhər saatlarında azərbaycanlı və erməni icmaları arasında baş verən qarşıdurmada günahkar olduğunu söyləyib.

Bunu səfir Moldovanın "Newsmaker.md” saytına açıqlamasında deyib.

Osmanov vurğulayıb ki, hər ikisi "etnik erməni” olan bu şəxslər həmin an Moldovanın deyil, Ermənistanın maraqlarını təmsil ediblər: "Bu təxribatın günahkarları etnik erməni olan iki nəfərdir. Biri Moldova Parlamentinin üzvü, digəri Moldova Prezidentinin müşaviridir. Bu şəxslərin müvafiq qaydad cəzalandırılması üçün diaspor üzvlərimiz müraciətlər ediblər”.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook