SON XƏBƏR

Müsavat seçkiyə bu namizədlərlə gedir: Eks-deputatlar, professorlar, jurnalistlər, politoloqlar...

Dekabr 11
11:32 2019
"Seçki dairələrinin əksəriyyətindən namizədlərimizi müəyyən etdik”.

Bunu Müsavat başqanı Arif Hacılı bildirib.

"Onların sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, keçmiş siyasi və vicdan məhbusları, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var.

Bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var”,-deyə Arif Hacılı bəyan edib.

Arif Hacılı deyib ki, həftəsonunadək Azərbaycan parlamentində görmək istədikləri tərkibi, dairələr üzrə namizədlərin tam siyahısı elan edəcəklər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook