SON XƏBƏR

Naxçıvan nümayəndəliyinin rəhbəri Almaniya səfirliyinin rəsmi tədbirində iştirak edib

Oktyabr 04
10:57 2019
Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Volfqanq Maniq və xanımının dəvətilə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin milli bayramı-Alman Birliyi Günü münasibətilə Bakıda təşkil edilmiş rəsmi qəbulda iştirak edib.
 
Bəxtiyar Əsgərov Səfir Volfqanq Maniqə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təbriklərini çatdırıb.
 
Səfir göstərilən diqqət üçün Ali Məclisin Sədrinə dərin minnətdarlığını ifadə edib, Naxçıvanla əlaqələrə həmişə xüsusi önəm verdiklərini deyib.
 
Qlobal.az
 

 

 

 


 


 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook