SON XƏBƏR

Naxçıvan şəhərində yeni park yaradıld - SƏRƏNCAM

Oktyabr 07
14:30 2019
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 7-də Naxçıvan şəhərində "Sahil Parkı”nın yaradılması haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir: 

"Naxçıvan Muxtar Respublikasında həyata keçirilən yenidənqurma və abadlıq tədbirləri Naxçıvan şəhərinin simasını dəyişmiş, şəhərsalma mədəniyyəti tarixilik və müasirlik ənənələri əsasında inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. İstirahət və xidmət sahələrinin fəaliyyətinin yaxşılaşdırılması əhalinin asudə vaxtının səmərəli təşkilinə şərait yaratmışdır.

Naxçıvan şəhərində ətraf mühitin mühafizəsi və əhalinin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan şəhərinin Naxçıvançay sahilində 20,6 hektar ərazini əhatə edən "Sahil Parkı” yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook