SON XƏBƏR

Nazim Ibrahimova yeni vəzifə verilir?

Sentyabr 27
10:53 2019
Bəzi məmurların işdən azad edildikdən sonra dövlətə qarşı çıxması ilə bağlı deputat Siyavuş Novruzovun açıqlaması çox dairələrdə qıcıq yaratdı.

Buna ən böyük təpkini o sabiq məmurların yaxınları tərəfindən gəldi. Çünki Novruzovun hədə ünvanı yalnız sabiqlər deyil, hazırda o sabiqlərlə canıbir olan məmurlar idi. Görünür elə buna görə də onlar bütün güclərini ortaya qoymaqla deputatın bu açıqlamasını başqa səmtə yönəltməyə nail oldular.

Əldə olunan ilginc məlumata görə Novruzovun əsas hədə ünvanı Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov olub.

Siyasi müstəvidə Ramiz Mehtiyevin adamı kimi tanınan Siyavuş Novruzov əslində o açıqlaması ilə dövlət mövqeyini müdafiə etmişdi.

Qısa xatırlatma: "Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”. Bunu "Report”un sualını cavablandıran Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev iki il öncə deyib.

Ramiz Mehdiyev qeyd etmişdi ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla iş görülüb: "Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

"Ramiz Mehtiyev nə deyirsə, düz deyir, o, bizim ağsaqqalımızdır” deməklə heç şübhəsiz ki, İbrahimov üzdə guya yuxarıda deyilən fikirlərlə razılaşdığını nümayiş etdirməyə çalışdı. Ancaq onu tanıyanlar bilir ki, barəsində deyilən ən xırda tənqidi belə dözümsüzdür, bunun cavabını vermək üçün fürsət axtarır.

S.Novruzov "Biz bilirik, onlar xaricdə nə işlər görürlər” deməklə, İbrahimovlar və onların yaxınlarına Azərbaycan dövlətinə qarşı həm daxildə, həm də xaricdə apardıqları işdən xəbərdar olduqlarını bildirdi və bu yoldan geri qayıtmağı tövsiyyə etdi.

Amma İbrahimovun gücü o qədər böyük oldu ki, bu günə qədər istər partiya daxilində, istərsə də nazirlər arasında "bir sözü iki edilməyən” Novruzovu mat vəziyyətində qoydu.

Ortaya sual çıxır: Nazim İbrahimov nə etmək istəyir?

Məlumatlara görə, uzun illər həm diplomatiya sahəsində, həm də diaspor sahəsində rəhbər kimi çalışan İbrahimovun xaricdə "rıcaqları” o qədər güclüdür ki, o təsirində olan qüvvələri işə salmaqla Azərbaycan dövlətinə qarşı güc nümayiş etdirə bilər. Və artıq bir neçə dəfə buna cəhd olunub.

Sadəcə xüsusi xidmət orqanlarının səyi nəticəsində belə cəhdlərin qarşısı alınıb. Bəs, görəsən İbrahimovu narazı salan səbəb nədir? Maddi vəziyyətə gəlincə o, yüz illər sonrakı nəsilləri üçün gərək olan varidata sahibdir.

Oğlu Elnurun 1 gün vaxtı olanda dostlarını təyyarə kirayələyib xaricə aparması, təyyarədən də bahalı yaxtalarda gün keçirməsi buna sübutun çox kiçik bir hissəsidir.

Demək olar ki, bu gün dünyanın əksər ölkəsində İbrahimovun həm biznesi, həm də imkanlı adamları var. Bir azərbaycanlının dünyanın dörd bir yanında biznesinin olması çox yaxşı, bizim üçünsə sevindirici haldır. Ancaq, KORRUPSİYA, DÖVLƏT RESURSLARI HESABINA VARLANMAQ, ZAMANINDA TUTDUĞU VƏZİFƏDƏN SUİ- İSTİFADƏ EDƏRƏK DÜNYADAKI İMKANLI AZƏRBAYCANLILARINDAN PUL TOPLAMAQLA əldə etdiyi vəsaitini gücünü Azərbaycan dövlətinə qarşı çevirmək Azərbaycan vətəndaşı maraqlarına nə qədər uyğundur. Bu gün Azərbaycana qarşı dünyada ən böyük təpkini erməni lobbisi göstərir. Çünki bu lobbi Azərbaycanın güclənməsinə, Qarabağın işğaldan azad edilməsinə qarşıdır. Erməni diasporuna şam olmaq ən yumşaq desək Azərbaycana düşmənçilikdən başqa bir şey deyil.

Gününü kef-damaqda keçirən, Allahlıq iddiasında olan İbrahimov niyə belə mövqe tutsun ki… Yəqin ki, bunun cavabını bilmək hamınız üçün maraqlıdır.

Keçək sualın cavabına.

Birincisi ondan başlayaq ki, Ramiz Mehtiyevin məlum açıqlamasından sonra dövlət strukturlarında Nazim İbrahimova qarşı mənfi münasibət yaranıb.

Hakimiyyətdə ən güclü füqurlardan sayılan deputat Cavid Qurbanovla münasibətlərin düşmənçilik həddində olması İbrahimovu rahat buraxmır. Ona görə də bəzən gücünü Cavid Qurbanova qarşı yönəltmək istəyən bu şəxs qarşı tərəfin statikliyindən nokaut olur.

Bütün bunlardan sonra hətta ayrı-ayrı dövlət qurumlarının rəhbərləri İbrahimova salam belə vermirlər. Bu situasiyadan narahat olan Nazim İbrahimov reputasiyasını bərpa etmək üçün çalışır.

Daha böyük posta can atan İbrahimov himayədarlarından dəstək alır. Yeni vəzifə vəd edilir. Sonda isə bütün bunların heç biri olmur.

Yaxın ətrafına qısa müddətdə çox yüksək post tutacağını deyən keçmiş komitə sədrinin arzuları gözündə qalır.

Bundan sonra yüksək vəzifədə olan dostları ona bildirir ki, hökumətə qarşı çıxsın. Bəlkə ondan sonra yuxarılar buna dəstək olarlar. Cənab İbrahimov isə hakimiyyətlə dövləti kəsdirə bilmədiyindən nəinki hakimiyyətə, dövlətə qarşı çıxır.

Bütün bunları isə Xüsusi Xidmət orqanları aşkar edib. Nəticədə İbrahimov tək özünü deyil, himayədarlarını zərbə altına qoyub…

Orxan Məmmədov
AzToday.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook