SON XƏBƏR

Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı

Fevral 21
11:23 2020
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Oxu.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Gəncə Regional Narkomaniya İdarəsinin rəisi, polis polkovniki Zəfər Abıyev xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. 

Onun yerinə polis mayoru Elvin Abbasov təyinat alıb.

O, bundan əvvəl idarənin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Qeyd edək ki, Zəfər Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook