SON XƏBƏR

“Nazir işlədiyim dövrdə elə bir səhv qərarım olmayıb” - Misir Mərdanov

Noyabr 06
09:44 2019
"Təhsil elə sahədir ki, dünyanın heç bir ölkəsində hamı ondan razı olmayıb. Təhsil naziri olduğum dövrdə razı olanlarla da olub, narazı olanlar da. Buna normal baxmaq lazımdır".

Azvision.az -ın məlumatına görə, bunu keçmiş Təhsil naziri Misir Mərdanov deyib. Sabiq nazir bildirib ki, ölkəmizdə bütün ailələr təhsillə sıx bağlıdır:
"Elə bir ailə olmaz ki, təhsillə bağlı olmasın. Təbii ki, razılıq da olacaq, narazılıq da. Təhsil naziri işlədiyim dövrdən razıyam. Çünki nə imkanım olubsa, imkanlarım daxilində ölkəmizdə təhsilin inkişafına xidmət etməyə çalışmışam. Bu baxımdan öz fəaliyyətimdən razıyam. 15 il təhsil naziri işlədiyim dövrdə elə bir səhv qərarım olmayıb ki, indi baxsam onu ləğv etmək istəyəm".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook