SON XƏBƏR

Nizami rayonunda Ulu öndərin anım günü münasibətilə “Müstəqil Vətənin memarı – ölməz dahi şəxsiyyət” mövzusunda tədbir keçirilib

Dekabr 11
15:23 2019
11 dekabr 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində Ulu öndərin anım günü münasibətilə "Müstəqil Vətənin memarı – ölməz dahi şəxsiyyət” mövzusunda tədbir keçirilib.

Qlobal.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə müəssisələrinin, ictimai təşkilatların rəhbərləri iştirak ediblər.

Öncə İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

Tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ölkəmizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətləri olan dahi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını və bundan sonra da qalacağını vurğulayıb. A.Qasımov dünyanın nadir, unikal, seçilən siyasət adamı, fenomenal şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin hərtərəfli inkişafına nail olduğunu, müstəqilliyini əbədi və dönməz etdiyini və uğurlu siyasəti sayəsində respublikamızı dünyada tanınan nüfuzlu bir dövlətə çevirdiyini diqqətə çatdırıb. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoyduğunu qeyd edən A.Qasımov bildirib ki, Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır.

A.Qasımov təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesinin  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək dinamizm, əzmkarlıqla davam etdirildiyini, ölkə başçısının həyata keçirdiyi strateji inkişaf kursunun uğurları  sayəsində müstəqil dövlətimizin iqtisadi inkişaf potensialına görə lider dövlətlər sırasında olduğunu, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin möhkəmləndiyini söyləyib.

Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bəşər tarixinin ən parlaq şəxsiyyətləri ilə bir sırada duran, bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin ideloji-siyasi əsaslarını yaratdığını və öz xalqını həqiqi müstəqilliyə qovuşdurmaqla ictimai şüurda əbədiyaşarlıq hüququnu qazandığını söyləyib və hər bir azərbaycanlının Ulu Öndərin bu xidmətlərini yad etdiyini, vəfatının on altıncı ildönümünün Vətənimizin hər bir guşəsində, eləcə də soydaşlarımızın yaşadıqları bütün ölkələrdə anıldığını və onun ölməz xatirəsinə  dərin ehtiramın göstərildiyini qeyd edib.

Daha sonra, çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev Azərbaycan xalqının xilaskarı olan və böyük siyasi xadim kimi tanınan Heydər Əliyevin ölməz ideyaları, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə danışıb və dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacağını vurğulayıb.

Tədbir ümummilli lider Heydər Əliyevə həsr edilmiş "Müstəqil Vətənin memarı” adlı filmin nümayişi ilə davam edib.
 
Qlobal.az 
 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook