SON XƏBƏR

Novruz Novruzlu vəfat etdi - VİDEO

Noyabr 20
12:32 2018
Azərbaycan Akademik və Opera Balet Teatrının aktyoru, tanınmış müğənni Novruz Novruzlu vəfat edib.
 
Məlumatı mərhumun dotları sosial şəbəkələrdə yayıb.
 
Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. "Savalan" qrupunun bədii rəhbəri institutda oxuduğu müddətdə "Ulduz" tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun" tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı"nda solist kimi fəaliyyət göstərib. Qarabağ hadisələri baş verdikdən sonra oxuya bilmədiyini vurğulayan N.Novruzlu daha ciddi işlərlə məşğul olmağı qərara alıb və beləliklə "Savalan" qrupu yaradılıb.
 
Allah rəhmət eləsin!
 
Qlobal.az 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook