SON XƏBƏR

Nura ərə getmək istəyir: “Bu cür gözəlliyin qədrini bilən yoxdur“

Mart 05
01:36 2019
"8 martdan xüsusi təbrik, heç yerdən, heç kimdən gözləmirəm. Mənə göz dəydi. Axırıncıdan sonra nə qapıya gələn var, nə də almaq istəyən”.
 
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Nura Suri ARB TV-nin "Söhbət var” verilişində deyib. Sənətçi yenidən ailə qurmaq istəyindən danışıb:
"O qədər dedilər ki, göz partdatdı, qoymadı. Yenidən niyə də evlənməyim? Bir də görürsən ki, evin ortasında qışqıra-qışqıra gəzirəm: bu nədi, bu cür gözəlliyin qədrini bilən yoxdur. Arada bir az ciddi, amma zarafata qatıb deyirəm. Fikirləşirəm ki, yəqin insanların zövqü korlanıb. Nə 14 fevralda, nə 8 martda məni təbrik edənim yoxdur. Zövqləri çoxdan korlanıb”.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook