SON XƏBƏR

Oqtay Gülalıyevin vəziyyəti pisləşdi

Yanvar 14
12:25 2020
Yanvarın 10-da üçüncü dəfə əməliyyat olunan hüquq-müdafiəçisi Oqtay Gülalıyevin səhhəti pisləşib.

Bu barədə Qaynarinfo-ya yazar Zümrüd Yağmur məlumat verib. Onun sözlərinə görə, əməliyyatdan sonra Oqtay Gülalıyevin temperaturu yüksəlib:

"Amma bütövlükdə ümidverici bir şey yoxdur. Temperaturu yenə yüksəlib. Temperaturu salmaq bəlkə də problem olmayacaq. Problem sonrakı həyatıdır”.

Qeyd edək ki, Oqtay Gülalıyev yanvarın 10-da əməliyyat olunub. Əməliyyat zamanı onun başında yaranmış artıq suyun çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub. 

Xatırladaq ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 19-da İstanbuldakı "Amerika Xəstəxanası”na köçürülüb.

O, oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Noyabrın 5-də Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Oqtay Gülalıyev Türkiyəyə aparılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook