SON XƏBƏR

Ordumuzdan ağır zərbə: Düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edildi

İyul 14
16:33 2020
Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır.

Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur", - deyə məlumatda qeyd olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook