SON XƏBƏR

Prezident mədəniyyət xadimlərinə təqaüd ayırdı, medal verdi - SİYAHI

Sentyabr 17
19:02 2019
Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qlobal.az xəbər verir ki, dövlət başçısı Azərbaycan musiqisinin inkişafı və təbliğində xidmətlərinə görə Babayev Mobil Rəşid oğlu və Qasımova Ruhəngiz Nağı qızını "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.

İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, Dadaşov Ağa Dadaş Hacı Bala oğlu və Əfəndiyeva İmruz Məmməd Sadıx qızına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ayrılıb.

Dövlət başçısı başqa bir sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxsləri "Tərəqqi” medalı ilə təltif edib: 

Dadaşova Natalya Konstantinovna
Hüseynova Sevda Əli qızı
Məmmədov Nüsrət Cəfər oğlu
Məmmədova Aliyə Tariyel qızı
Zahid Azad Vasif oğlu



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook