SON XƏBƏR

Putin Kadırova general-mayor rütbəsi verdi, Peskov izah etdi

İyul 24
15:14 2020
"Kadırovun özü terror təhlükəsi yarandığı təqdirdə təhlükəsizlik qüvvələrinin hərəkətlərini əlaqələndirir və hər dəfə yüksək effektivlik nümayiş etdirir".

Qaynarinfo xəbər verir ki, bu sözləri Dmitri Peskov çeçenistan rəhbəri Ramzan Kadırova general-mayor rütbəsi verilməsinin şərh edərkən deyib. 
 
Prezidentin mətbuat katibi qeyd edib ki, hərbi rütbənin verilməsi Amerikan sanksiyaları fonunda Çeçenistan rəhbərini bu və ya digər şəkildə dəstəkləmək istəyi ilə bağlı deyil. Peskovun sözlərinə görə, Kadırov özü öz arxasında dayanmağı bacarır.

Eyni zamanda o, sanksiyaların təkcə Çeçenistan liderinin özünə deyil, həm də ailə üzvlərinə qarşı tətbiq olunmasından təəccübləndiyini bildirib. Buna görə, Kreml Kadırovun ABŞ-ın dövlət katibi Mayk Pompeoya cavab olaraq ona Çeçenistanda mövcud olan bütün sanksiyaların tətbiq edilməsinə anlayışla yanaşır.

"Bu, Rusiya bölgələrindən birinin rəhbərinin cavab verməsinə səbəb olur", - Peskov Kadırovun hərəkətlərini şərh edib.

Yüksək rütbənin verilməsi və bu məsələ ilə bağlı Putinlə söhbət ərəfəsində Kadırovun özü məlumat verib. "Dünən şəxsən Rusiya Prezidenti, Ali Baş Komandan Vladimir Putindən general-mayor hərbi rütbəsi verilməsi münasibətilə təbrikləri qəbul etmək şərəfinə nail oldum. <...> Telefon danışığı zamanı Prezident özü sərəncamı oxudu və məni bu hadisə münasibətilə təbrik etdi, mənə daha böyük uğurlar arzuladı. Bu, yüksək qiymətdir və çox dəyərlidir”, - deyə Çeçenistan rəhbəri sosial şəbəkədə yazıb.

Bundan əlavə, Çeçenistanın başçısı Daxili İşlər Nazirliyinin strukturundan Rusiya Qvardiyasına keçirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook