SON XƏBƏR

Putin vətəndaşların Rusiya və Azərbaycan sərhədini keçməsi üçün mexanizm hazırlanmasını tapşırıb

May 21
00:18 2020
Rusiya Prezidenti Vladimir Putin  ölkənin müvafiq orqanlarına 31 maya qədər operativ şəkildə Azərbaycanın səlahiyyətli orqanları ilə iki dövlətin vətəndaşlarının koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər şəraitində Rusiya-Azərbaycan sərhədini keçməsi ilə bağlı mexanizm yaratmağı tapşırıb. 

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, V.Putin Dağıstan rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşdən sonra belə bir tapşırıq verib. Tapşırığa əsasən, Rusiya Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Rospotrebnadzor Dağıstan Respublikası hökumətinin iştirakı ilə Azərbaycanın səlahiyyətli orqanları ilə iki ölkənin vətəndaşlarının Rusiya-Azərbaycan sərhədini keçməsi ilə bağlı mexanizm yaratmalıdırlar. Bu zaman Rusiya əhalisinin sanitar-epidemioloji sağlamlığının qorunması təmin edilməlidir. (oxu.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook