SON XƏBƏR

Qaloşu başlarına sürtüb mədət umurlar – Azərbaycanda “pir” biabırçılığı + VİDEO

İyun 10
01:12 2019
Sosial şəbəkələrdə Azərbaycanda çəkilən görüntülər rezonans doğurub.

Videoda "Qaloş piri” deyilən yerə gələn insanlara şəfa tapmaları, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtdürürlər.

Məsələni Oxu.Az da araşdırıb.

Məlum olub ki, video Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıblar. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook