SON XƏBƏR

Qarabağdan olan “generallar” Paşinyanı devirmək istəyir

May 23
14:22 2019
Qarabağdan olan "generallar” Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək istəyir.

"Report” xəbər verir ki, bunu "Jamanak” yazıb.

"Bir neçə gün əvvəl Ermənistanın tanınmış oliqarxları və Qarabağdan olan "generallar" bir villaya toplaşıblar. Görüşü Samvel Karapetyan (separatçı rejimin "müdafiə nazirinin keçmiş müavini” - red.) təşkil edib. İştirakçılar Nikol Paşinyan hökumətini devirmək üçün əllərindən gələni edəcəklərinə and içiblər. 

Görüşdə Samvel Aleksanyan (sahibkar, keçmiş hakim Respublikaçılar Partiyasından deputat, Ermənistana qənd və bitki yağlarının idxalı ilə məşğuldur - red.) da iştirak edib”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook