SON XƏBƏR

Qurban Qurbanovdan qələbə şərhi

Avqust 16
00:08 2017
Bizi çətin 90 dəqiqə gözləyir.
 
"Qaynarinfo"nun məlumatına görə, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda "Kopenhagen"ə qarşı keçirdikləri oyundan sonra deyib.
Baş məşqçi bildirib ki, bu gün futbolçuları və azarkeşlər alqışalayiq idilər:

"Tam nəticəyə oynayan komanda və yaxşı azarkeşlərimiz var idi. Oyundan öncə də bildirmişdim ki, "Kopenhagen"ə qarşı oynamaq çətin olacaq və belə də oldu. Bir neçə şansımız olsa da, istifdə edə bilmədik. Düşünürəm ki, bu qələbə son nəticə deyil. Çünki "Kopenhagen" öz meydanında mükəmməl futbol oynayır. Bizi çətin 90 dəqiqə gözləyir. Çalışacağıq ki, səfərdən başıyuxarı dönək".

Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" Danimarkanın "Kopenhagen" klubunu 1:0 hesabı ilə məğlub edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook