SON XƏBƏR

Ramil Hüseynov Lerikin ikinci böyük kəndində izdihamlı görüş keçirdi (FOTO)

Yanvar 29
00:15 2020
78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd Ramil Hüseynov doğulduğu Soru kəndinin sakinləri ilə görüşub.

Kənd sakinləri qarşısında çıxış edən namizəd seçki şüarındakı "Dəyər” sözünü təsadüfi seçmədiyini bildirib:
 
"Hər bir vətəndaşa Dəyər vermək, millətini, dövlətini sevən hər bir namuslu vətəndaşın borcudur”.

Ramil Hüseynov Qarabağ döyüşlərində 3 şəhid verən Sorunun problemlərinə diqqət çəkərək qeyd edib ki, şəhid Təhsin Cəfərovun adını daşıyan kənd məktəbinin vəziyyətinin şəhidimizin adına layiq olmadığını bildirib: "Məktəbin bu günkü vəziyyəti Şəhidimizin adını haqq etmir. Qururla, fəxrlə soyləməli olduğumuz bu adı, sanki sıxıla-sıxıla, utanc hissi ilə deyirik. Məsuliyyəti kimin üzərində olmağından asılı olmayaraq, məktəb binası təmir olunanadək hər birimiz bu mənəvi əzabı çəkəcəyik. Lerikdə əhali sayına görə ikinci böyük kənd olan Soruda qaz, işıq, rabitə və yol problemləri var. Biz bu problemləri müvafiq dövlət qurumlarının qarşısında qaldırıb, qısa müddətdə həllinə nail olmalıyıq”.
 
Seçiləcəyi təqdirdə Milli Məclisdə Lerik sakinlərini layiqincə təmsil edəcəyəni söz verən Ramil Hüseynov heç bir halda leriklililəri utandıracaq hərəkətə yol verməyəcəyini deyib.

Səmimi atmosferdə keçən görüşdə Soru kəndinin sakinləri Ramil Hüseynova yekdilliklə dəstək olacağını deyiblər.
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook