SON XƏBƏR

Raquf Orucovun xanımı vəkil oldu

Oktyabr 12
22:37 2019
2016-cı ilin aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Orucova vəkillik fəaliyyətinə başlayır.

Bu barədə S.Orucova özü məlumat verib. O, bildirib ki, vəkilliyə qəbul imtahanından uğurla keçib.

Qeyd edək ki, ötən gün Vəkillər Kollegiyasının sədri Anar Bağırov şəhid xanımına vəkillik vəsiqəsini təqdim edib. S.Orucova Bakıda fəaliyyət göstərəcəyini bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook