SON XƏBƏR

Rəşad Mahmudovdan MSK-ya şikayət edildi

Fevral 06
17:37 2020
77 saylı Astara seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclis seçkilərində deputatlığa namizədliyini irəli sürmüş Rövşən Tofiq oğlu Bağırov tərəfindən MSK-ya şikayət edib.

Şikayəti olduğu kimi təqdim edirik:

ŞİKAYƏT

(seçki hüququnun pozulmasına dair)

A. İşin Halları

1. 77 saylı Astara seçki dairəsindən deputatlığa təkrar namizəd həkim-kardioloq Rəşad Mahmudov 21 yanvar 2020-ci il saat 17.37-də facebook sosial şəbəkəsində Mərasim Hacıyevin(Astara İcra Hakimiyyətində humanitar şöbənin işçisi), Gülağa Rzayev, Natiq İbadov, Ələsgər Əliyev(icra hakimiyyətində hazırda ümumi şöbənin müdiri işləyən Ruhid Əliyevin atası), Rafiq Əliyev, Əlövsət Əliyev(Astara Mərkəzi Xəstəxanasının baş həkimi), Rəşad Həsənov(Astara təhsil şöbəsinin müdiri), Asiman Qasımlı(Astara İcra Hakimiyyətinin işçisi) və Təbrizə Rəsulovanın(Kijəbə qəsəbə tam orta məktəbinin direktoru) onun vəkili olduğunu və görüşər keçirdikləri ilə bağlı post paylaşıb.

2. Bütün bunlardan əlavə Rəşad Mahmudovun qardaşı Allahverən Mahmudov Astara Rayon İcra Hakiminin birinci müavini vəzifəsində çalışır.

3. Göründüyü kimi yuxarda sadalanan Rəşad Mahmudovun həm qardaşı, həm də vəkilləri vəzifəli şəxslərdir.

4. 14/51 nömrəli 77 saylı DSK-nın 30 yanvar 2020-ci il tarixli qərarında iddia olunub ki, Həsənov Rəşad məzuniyyətdədir. Lakin Həsənovun Rəşadın Astara şəhər 2 saylı tam orta məktəbi Şahsanəmin işdən çıxarılması ilə bağlı bu tarixdən qərar verib. Bununla bağlı Hacıyev Mərasim, Qasımlı Asiman həmçinin icra hakimiyyətində öz vəziflərini yerinə yetirir. Baxmayaraq ki DSK Əliyev Əlövsət vəkil deyildir, lakin nəyə görə Rəşad Mahmudovun onu vəkili kimi göstərdiyi izah olunmayıb. Rusulova Təbrizə, Əliyev Əliəsgərin ictimai əsaslarla iclasda olduğu vurğulanıb. Seçki könüllüdür və hər bir halda orda iştirak vəkillərdə ictimai əsaslarla iştirak edir. Dövlət işçiləri pul qarşılığında və ya ictimai əsaslar(könüllü) iştirakı qanunsuzdur.

5. Rəşah Mahmudovun qardaşı Allahverən Mahmudovun seçki prosesinə təsir etməməsini necə müəyyənləşdirdiyi ilə bağlı heç bir araşdırma aparılmayıb.

B. Hüquqi Əsaslandırma

Seçkilərdə namizəd qismində iştirak etmək hüququnun və həmin hüquqa məhdudiyyət qoyulmasının konstitusion və beynəlxalq-hüquqi prinsipləri:

1. Hesab edirik ki, cavabdeh təşkilatın hərəkətləri nəticəsində mənim Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin 1-ci bəndində, İnsan hüquqları haqqında bəyanamənin 21-ci maddəsinin 1-ci bəndində və Avropa İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Konvensiyasının 13-cü maddəsinin və 1 saylı protokolunun 3 –cü maddəsində təsbit edilmiş hüquqlarım pozulmuşdır.

2. Azərbaycan Respublikası Konstiutsiyasının 56-cı maddəsinin I bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.

3. İnsan hüquqları haqqında bəyanamənin 21-ci maddəsinin 1-ci bəndinə əsasən hər bir şəxs dövlətin idarə olunmasında bilavasitə və ya azad şəkildə seçilmiş nümayəndələr vasitəsilə iştirak etmək hüququna malikdir. Həmin maddənin 3-cü bəndinə əsasən xalqın iradəsi iqtidar hakimiyyətinin əsası olmalıdır: bu iradə öz ifadəsini gizli səsvermə yolu ilə, ümumi və bərabər seçki hüququ və ya səsvermənin azadlığını təmin edən digər eynimənalı formalar əsasında keçirilən mütəmadi və saxtalaşdırılmamış seçkilərdə tapmalıdır.

4. İnsan Hüquqlarına dair Avropa Konvensiyanın (İHAK) Əlavə 1 saylı protokolunun 3 –cü maddəsinə görə razılığa gələn Yüksək Tərəflər (bizim halda Azərbaycan Respublikası) qanunverici hakimiyyət orqanını seçərkən xalqın öz iradəsini sərbəst ifadə edə biləcək şəraitdə, ağlabatan dövriliklə gizli səsvermə yolu ilə azad seçkilər keçirməyi öhdələrinə götürürlər.

5. İHAK-ın 13-cü maddəsinə əsasən Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.

6. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra İHAM) presedent hüququna əsasən seçkilərdə namizəd kimi iştirak etmək hüququna məhdudiyyət qoyula bilər. Lakin belə bir məhdudiyyət özbaşına xarakter daşımamalı və yerli qanunvericiliyə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müddəalarına uyğun olmalıdır.

7. Baxmayaraq ki, iştirakçı Dövlətlər səsvermə hüququndan fərqli olaraq parlament seçkilərində namizəd kimi iştirak etmək hüququna daha ciddi tələblər tətbiq edə bilərlər (Seyidzadə Azərbaycana qarşı işi, 29-cu bənd və Melniçenko Ukraynaya qarşı işi, 57-ci bənd), lakin namizədliyə uyğunluğu müəyyən edən prosedur əsassız qərarların qarşısını almaq üçün yetərincə təminatları ehtiva etməlidir (Podkolzina Latviyaya qarşı, 35-ci bənd).

8. İnsan Hüquqları və Əsas Azadlıqlarınnın Müdafiəsinə dair Avropa Konvensiyasının (bundan sonra İHAK) Əlavə 1 saylı Protokolunun 3-cü maddəsinə qoyulan məhdudiyyətlər iki meyara cavab verməlidir: məhdudiyyət əsassız və ya qeyri-mütənasibdirmi və məhdudiyyət xalqın iradəsini sərbəst ifadə etməsinə müdaxilədirmi (Yumak və Sadak Türkiyəyə qarşı, bənd 109 (iii).

9. 1 saylı Protokolun 3-cü maddəsində nəzərdə tutulmuş hüquq mütləq hüquq deyil. Bu hüquqa "məhdudiyyət tətbiq oluna” bilər və Razılığa gələn Dövlətlər seçki məsələlərində geniş mülahizə sərbəstliyinə sahibdirlər (bax: Matieu-Mohin və Klerfayt, yuxarıda qeyd olunub, 52-ci bənd; Matthevs Birləşmiş Krallığa qarşı [GC], Nº 24833/94, 63-cü bənd, AİHM 1999-I; və Labita İtaliyaya qarşı [GC], Nº 26772/95, 201-ci bənd, AİHM 2000-IV). Lakin buna baxmayaraq, 1 saylı Protokolun 3-cü maddəsinin pozulub pozulmadığını müəyyən etmək səlahiyyəti son olaraq Məhkəməyə məxsusdur. Dövlətin qoyduğu şərtlər mübahisə mövzusu olan hüquqların mahiyyətinə ziyan vuracaq dərəcədə onları məhdudlaşdırmamalı və onların səmərəliliyini azaltmamalıdır; onlar legitim məqsədin müəyyən olunması üçün zəruridir; və istifadə olunan vasitələr qeyri-mütənasib və qanunsuz olmamalıdır (bax: Matieu-Mohin və Klerfayt, yuxarıda qeyd olunub, 52-ci bənd, və Gitonas və Başqaları Yunanıstana qarşı, 1 iyul 1997, 39-cu bənd, Hökmlərin və qərarların hesabatları 1997-IV). Belə şərtlər qanunvericinin seçimində insanların ifadə azadlığını məhdudlaşdırmamalıdır – başqa sözlə, onlar universal səsvermə yolu ilə insanların iradəsini ifadə etmək məqsədi daşıyan seçki sisteminin səmərəliliyinin və ya həqiqiliyinin qorunmasını əks etdirməli və ya bu məqsədə zidd olmamalıdırlar (bax: Hirst (Nº 2), yuxarıda qeyd olunub, 62-ci bənd).

10. İHAM vurğulayıb ki, seçki administrasiyası üzrə səlahiyyəli hakimiyyət nümayəndələrinin şəffaf fəaliyyəti şərtdir və onlar qərəzsizliyi və müstəqilliyi seçki manipulyasiyasından qorumalıdırlar (bax: Gürcüstan Əmək Partiyası Gürcüstana qarşı, Nº 9103/04, 101-ci bənd, 8 iyul 2008), odur ki, onların icra etdikləri prosedurlar qanunsuzluqdan müdafiə ilə müşahidə olunmalı və qərarları yetərli qədər əsaslandırılmış olmalıdır (bax: müvafiq dəyişikliklər, Namət Əliyev, yuxarıda qeyd olunub, 81-90-cı bəndlər, və Kovaç, yuxarıda qeyd olunub, 59-60-cı bəndlər).Hazırki iş üzrə bu təminat DSK tərəfindən əsas seçki orqanı kimi yerinə yetirilməyib.

B – II: Müvafiq sahəvi hüquq normaları:

11. AR Seçki Məcəlləsinin 25.2.1-ci maddəsi AR MSK-nın seçkilərdə vəzifələri və funksiyalarını tənzimləyir:

25.2. Mərkəzi Seçki Komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir:

25.2.1. seçkilərin (referendumun) hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir, seçkilərin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar tədbirlər həyata keçirir, bu Məcəllənin müvafiq müddəalarının eyni cür və dürüst tətbiqini təmin edir
12. Azərbaycan Respublikası Konstitusiya Məshkəməsi Pleminun qərırına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin "Qeyd” hissəsində nəzərdə tutulmuş "vəzifəli şəxs” anlayışının şərh olunmasına belə izah verir ki, Göstərilən cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, şəxs qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə etməklə hüquqi və ya fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. İstənilən dövrdə, idarəetmə formasından və quruluşundan asılı olmayaraq dövlət vəzifəli şəxslərə öz xidməti öhdəliklərini icra etməyə dair xüsusi tələblər irəli sürür. Belə şəxslər tərəfindən həmin tələblərin pozulması müəyyən məsuliyyətə səbəb olur. Bu tamamilə başa düşüləndir və hakimiyyətin buna hüququ vardır. İctimai münasibətlərin normal tənzimlənməsi dövlətin cəmiyyət həyatının müxtəlif sahələrində iştirak etmək, əhalinin fəaliyyətinin ən müxtəlif aspektlərinin təşkilini həyata keçirmək və onlara nəzarət etmək zərurətini yaradır. Bununla da dövlət tərəfindən səlahiyyətli orqanlar vasitəsilə ictimai hakimiyyətin həyata keçirilməsi zamanı yaranan münasibətlərin müxtəlifliyi şərtləndirilir. Bundan əlavə, dövlət təsisatının daim təkmilləşməsi, dövlət idarəetmənin müstəqil aspektlərinin inkişafı bəzi hallarda dövlət siyasətinin, o cümlədən cinayət hüququ sahəsində siyasətin də əsaslı şəkildə dəyişməsinə gətirib çıxarır. Belə hallarda artıq bərqərar olmuş münasibətlərə yeni yanaşmanın formalaşmasına tələbatın olması açıq şəkildə özünü büruzə verir.

13. Seçki Məcəlləsinin seçkilərdə iştirakın şərtləri 2.6.18-ci maddə verilir ki, heç bir vəzifəli şəxsin referenduma çıxarılan məsələnin, namizədin dəstəklənməsinə və ya dəstəklənməməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək.

14. Həmin Məcəllənin 11-1.1-ci maddəsində hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilə etmələri qadağandır göstəilib.

15. AR SM-nin 17.6 və 17.6.3 maddəsində Seçkilərin (referendumun) təşkili və keçirilməsi zamanı seçki (referendum) komissiyaları və onların üzvləri, digər vəzifəli şəxslər öz fəaliyyətlərində namizədlərə qarşı neytral olmaq,hər hansı bir namizədə, siyasi partiyaya, referendum üzrə təşviqat qrupuna qarşı qərəzli mövqeyin yaranmasına gətirib çıxara bilən fəaliyyətdə (özəl fəaliyyət də daxil olmaqla) iştirak etməməli, seçkilərlə (referendumla) əlaqəsi olan heç bir siyasi mübahisə zamanı mövqe bildirməməli tələblərinə əməl etməlidirlər.

16. AR SM 22.1-ci maddəsində göstərilir ki, Referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsləri, namizədlərin, qeydə alınmış namizədlərin, eləcə də namizədləri irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri, müşahidəçilər, seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvləri, namizədlərin, qeydə alınmış namizədlərin bilavasitə tabeliyində olan şəxslər, yuxarıda göstərilən şəxslərin Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları, həyat yoldaşları və həyat yoldaşlarının yaxın qohumları (uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr), seçki qanunvericiliyini əvvəllər pozmuş və yuxarı seçki komissiyasının qərarı ilə seçki komissiyasının tərkibindən xaric edilmiş və ya əvvəllər seçki qanunvericiliyini pozmaları məhkəmə qərarı ilə təsdiq edilmiş şəxslər seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər.

17. Əks halda AR SM 22.7-ci maddəyə uyğun olaraq statusundan asılı olmayaraq seçki komissiyalarının üzvləri bu Məcəllənin tələblərini pozduqlarına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə və ya İnzibati Xətalar Məcəlləsi ilə vəzifəli şəxslər üçün müəyyənləşdirilmiş məsuliyyət daşıyırlar.

B – III: Seçki hüquq normalarının işin hallarına tətbiqi:

18. Yuxarda sadalanılan Rəşad Mahmudovun vəkilləri olan şəxslər seçkinin taleyinə bilavasitə təsir edə biləcək vəzifəli şəxslərdir və seçkiyə təsir edə biləcək dövlət orqanlarda Rəşah Mahmudovun yaxın qohumu vəzifə daşıyır. Bu səbəbdən halhazırda baş tutan seçkidə bərabərlik prinsipindən söz gedə bilməz. Vəzifəli şəxslərin seçkidə bir namizədə yaxından bu formada dəstəyi və onun üçün aparılan təbliğat-təşviqat kompaniyası digər namizədlərin bərabərlik hüququnu və seçicilərə daha yaxın ola bilmə imkanlarını əlindən alır.

19. Həmin şəxslərin vəzifələrindən kənarlaşdırıldıqları ilə bağlı heç bir rəsmi məlumat yoxdur və hələdə onlar fəaliyyət göstərirlər.

20. Seçki keçirilən zaman bütün namizədlərin bərabər olması və seçkinin şəffaflığına şübhə yarada biləcək hərhansısa bir hərəkət bütün seçkinin etibarsız olmasına səbəb olur.

21. Göstərilənlər Seçki Məcəlləsinin 60.1-ci maddəsi ilə təsbit edilmiş "əsaslandırılmış qərar” tələbinin şərtlərini müəyyən edir. 77 saylı dairə seçki komissiyasının 14/51 saylı 30 yanvar 2020-ci il tarixli qərarı əsaslandırılmayıb və sadəcə sözdə bəhanələrdən ibarətdir. Hətda məzuniyyətə çıxmaqları ilə bağlı qərarın nömrəsi verilməyib.

22. "Əsaslandırılmış qərar” testi leqalistik aspektləri ilə bərabər hüquqi əsaslandırma konsepsiyasi ilə sıx bağlıdır.

23. DSK-dan verilən argumentlərin araşdırılması və əsaslandırılmış qərar qəbul etməsi tələbi mövcuddur.

24. Qeyd edirik ki, şikayətdə göstərilən faktiki halların məcmusu və hüquqi əsaslar DSK-nın qərarının əsassızlığının nümayiş etdirilməsi üçün substantiv xarakter daşıyır.

25. Yuxarıda göstərilənləri və SM-nin 112.1 və 240-cı maddələrinə əsasən,

XAHİŞ EDİRƏM

Nəzərdə tutulan hal araşdırılsın və təbliğat-təşviqat dövründə Seçki Məcəlləsinin yuxarda göstərilən normaları pozulduğu üçün adı çəkilən şəxslərlə bağlı nəzərdə tutulmuş cinayət və inzabati xəta ilə cəzalandırılması tədbirlərin görülməsi üçün müvafiq quruma, xüsusən Baş Prokurorluğa müraciət edilsin.

Adı çəkilən şəxslər vəzifələrindən kənarlaşdırılması üçün müraciət edilsin və onların vəkillik statusu ləğv edilsin.

Bərabərlik prinsipinin kobud surətdə pozulduğu üçün onun bərpası üçün müvafiq tədbir görülsün.

77 saylı dairə seçki komissiyasının 14/51 saylı 30 yanvar 2020-ci il tarixli qərarı ləğv edilsin.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook