SON XƏBƏR

Rəsmi Bakının etiraz notaları “işləmir” - Separatçıların lideri bu dəfə Belçikada

Noyabr 08
11:21 2019
Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin "prezidenti” Bako Saakayan ötən gün Belçikaya səfər edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Saakyan Brüsseldə erməni icması ilə görüşüb. Bundan sonra o, Flamandiya regionunun 10-ə yaxın parlament üzvü ilə danışıqlar aparıb.

Saakyan Belçika nümayəndələrini Qarabağa səfər etməyə səsləyib.

Xatırladaq ki, son zamanlar separatçı qurum nümayəndələrinin xarici ölkələrə səfərləri intensivləşib. Belə ki, Azərbaycan XİN-i noybarın 1-də qondarma rejimin "xarici işlər naziri” Masis Mailyanın ABŞ-a səfəri və sözdə "soyqırımı"nın Nümayəndələr Palatasında qəbul olunması ilə bağlı Vaşinqtonun ölkəmizdəki səfiri Li Litsenbergerə nota təqdim etmişdi. Analoji nota noyabrın 6-da Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikova da verilmişdi. Nota Masis Mailyan və qondarma qurumun "mədəniyyət naziri” Lernik Ovannisyanın Moskvaya səfəri ilə bağlı təqdim olunmuşdu.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook