SON XƏBƏR

Rus Patriarx Ayasofyanın məscidə çevrilməsini təhdid adlandırdı və təhdid etdi

İyul 06
18:11 2020
Moskva və Bütün Rusiyanın Patriarxı Kiril Türkiyə hakimiyyətinin Ayasofyanı məscidə çevirmək niyyətindən narahat olduğunu deyib. 

Qaynarinfo xəbər verir ki, Kiril Ankaranı Ayasofyanı muzey olaraq saxlamağa çağırıb.

Kiril Rusiyada əhalinin əksəriyyətinin Pravoslav olduğunu vurğulayıb: 

"Buna görə Ayasofyanın məscidə çevrilməsi rus xalqının ürəyində dərin ağrı yaradacaq”.

Kiril Türk səlahiyyətlilərinin müdrikliyinə ümid etdiyini bildirib. Ayasofyanın neytral statusunun qorunması Türkiyə və Rusiya xalqları arasında münasibətlərin qurulmasına imkan verəcək, dinlərarası barışığı və harmoniyanı gücləndirəcəkdir, - o deyib.

Rus Pravoslav Kilsəsinin başçısı Ayasofyanın Rusiya tərəfindən xristianlığın qəbul edilməsindəki tarixi rolundan danışıb: "Böyük knyaz Vladimirin səfirləri bu məbədə ayaq basan kimi onun səmavi gözəlliyindən ovsunlanmışdılar". O, rus xalqının Konstantinopol Kilsəsinin mənəvi irsinin tapdalaması cəhdini kədər və hiddətlə qəbul edəcəklərini əlavə edib: "Ayasofyanın təhdid olunması bütün xristian sivilizasiyasına təhdiddir, demək, bizim mənəviyyatımıza və tariximizə də təhdiddir".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook