SON XƏBƏR

Şabran sakini Birinci vitse-prezident Mehriban Əliyevadan kömək istəyir - 12 yaşlı qızına eşitmə qulaqcığı almaq üçün

Dekabr 04
10:38 2019
Şabran rayon sakini Məmmədova Elnarə Nurayıl qızı Azərbaycan Respubilkası Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayaraq kömək istəyir. 

Müraciətdə bildirilir ki, hörmətli Mehriban xanım 12 yaşlı qızım Məmmədova Samirə Amil qızı eşitmə qüsurludur. Həyat yoldaşım bu il Quba rayonunda hərbi xidmət keçən oğlumun yanına getdiyi zaman avtomobil qəzasına düşərək rəhmətə gedib. Ailəmizin maddi durumu çətin olduğu üçün sizə müraciət edərək qızım Məmmədova Samirə üçün eşitmə qulaqçığı alınmasına köməklik göstərmənizi xahiş edirəm. Bir ana kimi ümid yerim sizsiniz! 

Məmmədova Elnarə Nurayıl qızı

Əlaqə nömrəsi (070) 830-75-68
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook