SON XƏBƏR

Salyanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Salyan rayon sakinlərini qəbul edib

Fevral 18
20:09 2020
18 fevral 2020-ci il tarixində Salyan rayon İcra Hakimiyyətinin inzibati binasında Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Salyan rayon sakinlərini qəbul etmişdir. 
 
Qəbuldan öncə Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və dini komitənin sədri Mübariz Qurbanlı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanın dövlət-din modeli-dünyəvilik” mövzusunda konfrans keçirilmişdir.

Konfrasda giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətlərindən və bu münasibətlərin uğurla tənzimlənən qanunvericilik bazasının formalaşdırıldığını diqqətə çatdırmışdır.

DQİDK sədri Mübariz Qurbanlı çıxış edərək bildirmişdir ki, müstəqilliyimizin bərpasından sonra dövlət-din münasibətləri, xalqımızın milli-mənəvi dəyərlərinin öyrənilməsi və təbliği yeni keyfiyyət mərhələsinə qaldırılmışdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tarixə malik məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir. Konfrasda dini radikalizmə qarşı mübarizə, cəmiyyətin, xüsusən gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasının qarşısının alınmasında dini maarifləndirmənin rolu və önəmi kimi məsələlərə toxunulmuş, müzakirələr aparılmışdır.
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook