SON XƏBƏR

Salyanda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib

Dekabr 06
16:43 2019
Salyan rayonunda dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir.
 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə Salyan rayonunun sakinləri də böyük ruh yüksəkliyi ilə qoşulmuşlar.
   
Dekabrın 6-da rayon ərazisində keçirilən genişmiqyaslı kampaniya Salyan şəhəri də daxil olmaqla, rayonun 20 inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrini əhatə etmişdir.
   
Aksiyada Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmşdir. Ümumilikdə akisiyada 2000-dən çox insan iştirak etmişdir.
 
Qlobal.az
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook